Ağalar Atamoğlanov: Orta Dəhliz strateji nəqliyyat marşrutuna çevrilir

Ağalar Atamoğlanov: Orta Dəhliz strateji nəqliyyat marşrutuna çevrilir Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) - Orta Dəhlizin texniki modernizasiyası üzərində fəal işini davam etdirir.
İnfrastruktur
23 Dekabr , 2024 13:00
Ağalar Atamoğlanov: Orta Dəhliz strateji nəqliyyat marşrutuna çevrilir
Ağalar Atamoğlanov

Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) - Orta Dəhlizin texniki modernizasiyası üzərində fəal işini davam etdirir.

Bu barədə “Report”un Qazaxıstan bürosuna müsahibəsində Azərbaycanın Astana şəhərindəki səfiri Ağalar Atamoğlanov bildirib.

Diplomatın sözlərinə görə, Orta Dəhliz tədricən öz potensialını meydana çıxarır və regional əməkdaşlığın genişləndirilməsi üçün mühüm layihələrdən biridir.

Səfir qeyd edib ki, Orta Dəhlizin rəqabət qabiliyyəti artır və rəqəmlər bunu aydın göstərir:

“Belə ki, 2023-cü ildə Orta Dəhliz üzrə daşımaların həcmi 2,76 milyon ton təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 65 % çoxdur. 2024-cü ilin 10 ayı ərzində ümumi yük daşımalarının həcmi 3,8 milyon tona çatıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 68 % çoxdur. Yanvar-oktyabr aylarında konteyner daşımaları 46,3 min TEU təşkil edib. Bu da 2023-cü ilin göstəricisindən təxminən üç dəfə çoxdur”.

“Azərbaycanda artıq TBNM-in müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və uğurla fəaliyyət göstərir. Eyni zamanda onun texniki modernizasiyası üzərində iş davam edir. Yaxın gələcəkdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürücülük qabiliyyəti hazırkı 15 milyon tondan 25 milyon tona qədər artacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyəti isə hazırkı 1 milyon tondan 5 milyon tona qədər artacaq”, - o bildirib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi