Bakıda dəmir yolu xəttini qadağan olunmuş yerdən keçmiş piyada xəsarət alıb
İnfrastruktur
- 30 iyul, 2024
- 07:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün saat 01:45 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus yük qatarı Biləcəri-Keşlə sahəsində hərəkətdə olarkən 1994-cü il təvəllüdlü Əsədzadə İlham İntiqam oğlu dəmir yolu xəttini qadağan olunmuş yerdən keçməyə cəhd edib, elektrovoza toxunaraq bədən xəsarəti alıb.
"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb və həmin şəxs xəstəxanaya çatdırılıb. Hazırda yaralının vəziyyəti normaldır.
"ADY bir daha piyadaları dəmir yollarından təhlükəsiz istifadə qaydalarına ciddi əməl etməyə, dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən keçməyə çağırır", - deyə qurum bəyan edib.
Son xəbərlər
10:31
Aytən Şirinova: Rəqəmsal tibb və süni intellekt xroniki qan xərçənginin müalicəsində həkimlərə kömək edə bilər
Sağlamlıq
10:30
"Fitch": SGC-nin 3,4 milyard dollar pul vəsaiti və bankda depozitləri var
Maliyyə
10:29
Azərbaycanın Çinlə imzaladığı beynəlxalq avtomobil daşımaları haqqında saziş ratifikasiya ediləcək
Milli Məclis
10:16
Foto
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Xarici siyasət
10:16
Dağlıq ərazilərə qar yağıb - Faktiki hava
Ekologiya
10:14
Ruandanın 20 vətəndaşı Azərbaycanda ali təhsil alacaq
Elm və təhsil
10:12
Yevlaxda avtomobil yük maşını ilə toqquşub, iki nəfər ölüb
Hadisə
10:11
"Sabah" UEFA bayrağı altında keçirdiyi 14 ev oyununda heç-heçə etməyib
Futbol
10:00
Foto
Nazir: "Çinlə tərəfdaşlıq "təmiz enerji" üzrə birgə layihələrin inkişafına təkan verir"
Energetika