ADY: Astara terminalının inşası yükaşırmanı 4 milyon tona çatdıracaq

ADY: Astara terminalının inşası yükaşırmanı 4 milyon tona çatdıracaq Növbəti ildə Şimal-Cənub ilə yanaşı, həm də Cənub-Şimal istiqamətində yük daşımaları planlaşdırılıb.
İnfrastruktur
12 Dekabr , 2024 15:58
ADY: Astara terminalının inşası yükaşırmanı 4 milyon tona çatdıracaq

Növbəti ildə Şimal-Cənub ilə yanaşı, həm də Cənub-Şimal istiqamətində yük daşımaları planlaşdırılıb.

"Report" xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bildirib.

Onun sözlərinə görə, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı ADY-nin nümayəndələri Rusiya və İran dəmir yolu idarələri ilə görüşlərdə iştirak edir: "Gələn həftə bizim İran dəmir yollarının rəhbəri ilə görüşümüz gözlənilir. Biz ötən ay İranda olarkən qəbul etdiyimiz fəaliyyət planına uyğun olaraq, Astara dəmir yolu yükləmə terminalında işlərin yekunlaşdırılması üzərində çalışırıq. Fəaliyyət planına görə, gələn il artıq Astara terminalının inşası tam yekunlaşacaq və bu istiqamətdə bizim yükaşırma qabiliyyətimiz 4 milyon tona çatmış olacaq".

R. Rüstəmov əlavə edib ki, keçən ay Daşkənddə Rusiya dəmir yolları rəhbəri ilə görüşdə də bu məsələ ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, 5,5 hektar ərazidə yerləşən terminalda gömrük məntəqəsi də yaradılıb.

Astara terminalının istifadəyə verilməsi Pakistan və Azərbaycan və Rusiya arasında ticarət əlaqələrinin inkişafına imkan yaradacaq. Yəni Pakistan Şimal-Cənub layihəsində terminalın mövcudluğundan aktiv istifadə edəcək ölkələrdən biridir.

Son xəbərlər

Orphus sistemi