ADSEA: Füzulidə 4 su anbarından 3-nün tikintisi yekunlaşır

ADSEA: Füzulidə 4 su anbarından 3-nün tikintisi yekunlaşır Füzuli şəhərində tikilən 4 su anbarından üçünun (ikisinin tutumu 8 500 kubmetrdən və birisinin 2 500 kubmetrdən olan) tikintisi yekunlaşmaq üzrədir.
İnfrastruktur
28 Oktyabr , 2024 14:36
ADSEA: Füzulidə 4 su anbarından 3-nün tikintisi yekunlaşır

Füzuli şəhərində tikilən 4 su anbarından üçünun (ikisinin tutumu 8 500 kubmetrdən və birisinin 2 500 kubmetrdən olan) tikintisi yekunlaşmaq üzrədir.

“Report” bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən xəbər verir.

Bildirilir ki, hazırda anbarların idarəetmə və gözətçi otaqlarının tikinti-quraşdırma işləri yekunlaşıb, abadlıq işləri aparılır.

"Şəhəri içməli su ilə təmin etmək üçün hər birinin tutumu 8 500 kubmetr olan 2 ədəd və hər birinin tutumu 2 500 kubmetr olan 2 ədəd su anbarı inşa edilir. Mövcud olan Gövşad kəndindəki mənbədən müvəqqəti olaraq 100 kubmetrlik anbara su vurulur və oradan Füzuli şəhərinə su verilir. Füzuli şəhərində 10 330 metr magistral su xətti, 5 807 metr artezianlar və anbarlararası su xətti, 1 ədəd tullantı su təmizləyici qurğu, 1 816 metrlik kanalizasiya kollektoru inşa olunub. Bundan əlavə 15 ədəd subartezian quyusunun qazıntı işləri artıq yekunlaşıb",- məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi