Çin-Azərbaycan 2-ci konteyner blok qatarı Bakıdadır

Çin-Azərbaycan 2-ci konteyner blok qatarı Bakıdadır Çinin Çinqdao şəhərindən Azərbaycana yola salınmış 2-ci konteyner blok qatarı Bakı Limanına çatıb
İnfrastruktur
21 Aprel , 2021 11:57
Çin-Azərbaycan 2-ci konteyner blok qatarı Bakıdadır

Çinin Çinqdao şəhərindən Azərbaycana yola salınmış 2-ci konteyner blok qatarı Bakı Limanına çatıb.

“Report” "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə müəssisəsi - “ADY Konteyner” MMC-yə istinadən xəbər verir ki, qatar hər biri 40 futluq olmaqla 51 konteynerdən ibarətdir.

Daşıma Çin Dəmir Yolları (CRCT) və Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan “KTZ Express”, “ADY Konteyner” və “GR Logistics and Terminals”ın əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Konteynerlər Aktau limanına çatdıqdan sonra operatoru “ADY Konteyner” MMC olan “Baris” fider gəmisi vasitəsilə Bakı limanına çatdırılıb.

Blok qatara daxil olan 10 konteyner Bakıdan Gürcüstana, 3-ü isə Türkiyəyə yola salınacaq.

Çinqdao-Bakı marşrutu ilə ilk konteyner blok qatarı bu ilin fevralında Bakıya çatıb.

Bu ilin sonuna qədər “ADY Konteyner” Çin-Azərbaycan istiqamətində 50-dək konteyner blok qatarının nəql olunmasını planlaşdırır.

Son xəbərlər

Orphus sistemi