Bakı. 5 İyul. REPORT.AZ/ YUNESKO-nun Ümumdünya İrs Komitəsi Ümumdünya İrs Siyahısına 5 yeni obyektin daxil edilməsi barədə qərar qəbul edib.
"Report" xəbər verir ki, yeni obyektlər Almaniya, Norveç, Böyük Britaniya, İsrail və ABŞ ərazisində yerləşir.
Siyahıya daxil edilib: Hollandiyanın Rükan və Nuttoden şəhərlərinin havadan istifadə etməklə azot gübrələri istehsalı məqsədi ilə inşa edilmiş tarixi sənaye kompleksi;
Hamburqda Şpayxerştadt gömrük anbar kompleksi və Kontorhaus məhəlləsi;
Şotlandiyada Fort-Bric körpüsü. Bu, dünyanın ən böyük konsol körpüsüdür. 1890-cı ildə inşa edilib;
İsraildə eramızın II əsrində yəhudilərin dirçəliş rəmzi hesab edilən Beyt-Şearim nekropolu;
ABŞ-da XVIII əsr missioner-fransiskanlarının dini dayağı olan Missiya Alamo muzeyi.