Mədəniyyətlərarası forumda iştirak edən qonaqlar “İşıq qayıdır” tamaşasına baxıblar

Mədəniyyətlərarası forumda iştirak edən qonaqlar “İşıq qayıdır” tamaşasına baxıblar Tamaşa maraqla qarşılanıb
İncəsənət
19 May , 2015 09:13
Mədəniyyətlərarası forumda iştirak edən qonaqlar “İşıq qayıdır” tamaşasına baxıblar

Bakı. 19 may. REPORT.AZ/ “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunda Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qonaqları “İşıq qayıdır” adlı xoreoqrafik tamaşaya baxıblar. 

"Report" xəbər verir ki, forumun mədəniyyət proqramı çərçivəsində Heydər Əliyev Sarayında nümayiş etdirilən tamaşaya mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qonaqları tamaşa ediblər.

Layihənin konsepsiya müəllifi və bədii məsləhətçisi Cahangir Səlimxanov, rejissoru Rozvita Berqman, səhnə quruluşu Rəşad Ələkbərov, işıq quruluşu Andre Pronk, xoreoqrafı Nailə Məmmədzadə, orkestr tərtibatı Rüfət Xəlilov, səs quruluşu Fərhad Fərzəliyevdir. 

Tamaşanı Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, bədii rəhbər və baş dirijor Rauf Abdullayevin rəhbərliyi ilə idarə edib. Dirijor Fuad İbrahimov olub.

Xoreoqrafik tamaşa layihəsində Şirşad Fətəliyevin rəhbərliyi ilə Azərbaycan Milli Konservatoriyası nəzdində balaban çalanlar ansamblı çıxış edib. Muğam hissələrini xanəndə Teyyub Aslanov oxuyub. 

Tamaşa layihədə Bakının müxtəlif rəqs və teatr kollektivlərinin aristləri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Filarmoniyasının Rəqs Ansamblı, "YUĞ" Dövlət Teatrı, Pantomima Teatrı və "Azərbaycan İnciləri" Rəqs Qrupunun kollektivləri  çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi