Xalq artisti Məzahir Süleymanov: "Son illər yaşlı nəslin aktyorları unudulub"
İncəsənət
- 17 iyun, 2016
- 09:32
Bakı. 17 iyun. REPORT.AZ/ "İşsizlikdən yorulmuşam".
Bunu "Report"a açıqlamasında Azərbaycanın xalq artisti Məzahir Süleymanov bildirib.
Onun sözlərinə görə, yaşlı nəslin aktyorları unudulub: "Son illər bizim nəslin aktyorlarını unudublar. Elə bil biz yoxuq. Yada düşmürük. Mən sonuncu dəfə Yavər Rzayevin "Xeyirlə Şərin rəqsi" filmində epizoda çəkilmişəm. Həmin filmdən sonra da, əvvəl də başqa filmə, tamaşaya, seriala dəvət almamışam".
M.Süleymanov hazırda uzun illərdir çalışdığı Sumqayıt Dövlət Dram Teatrında təmir işlərinin aparıldığını vurğulayıb: "Mənim rol aldığım tamaşalar da təmirdən əvvəl repertuarda yox idi. Bir sözlə, səhnə, kamera üçün darıxmışam. Ömrümüzün son illəri qalıb. Heç olmasa istifadə etsinlər".
Son xəbərlər
02:15
İsrail Boliviya ilə diplomatik münasibətlərin tezliklə bərpa olunacağını elan edib
Digər ölkələr01:46
Rusiyanın Ternopola endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 38-ə çatıb
Digər ölkələr01:20
Video
Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
Ədəbiyyat01:08
Tramp ABŞ fermerlərinə 12 milyard dollarlıq maliyyə yardımı ayrıldığını elan edib
Digər ölkələr00:49
Zelenski ilk dəfə Prezident Administrasiyasının rəhbəri vəzifəsinə namizədlərini açıqlayıb
Digər ölkələr00:23
Serbiya Avropa İttifaqının səhiyyə sisteminə qoşulub
Digər ölkələr00:16
Almaniyanın XİN rəhbəri Fransaya Çinə qarşı sanksiyaların nəticələri barədə xəbərdarlıq edib
Digər ölkələr23:52
Göygöldə avtomobil qəzası olub, ölən və xəsarət alan var
Hadisə23:39