Türkiyə və Azərbaycan musiqiçiləri ortaq layihə hazırlayıblar

Türkiyə və Azərbaycan musiqiçiləri ortaq layihə hazırlayıblar Layihəni iki ölkənin Bəstəkarlar İttifaqı təşkil edəcək
İncəsənət
30 İyun , 2015 15:33
Türkiyə və Azərbaycan musiqiçiləri ortaq layihə hazırlayıblar

Bakı. 30 iyun. REPORT.AZ/ "Yaxın günlərdə Azərbaycan Bəstəkarlar İttifaqı və Türkiyə Bəstəkarlar Cəmiyyəti ortaq layihəsini musiqi ictimaiyyətinə təqdim edəcək. Ortaq layihədə hər iki tərəfdən 6 bəstəkar və 6 şair iştirak edəcək". "Report" xəbər verir ki, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə deyib.

Onun sözlərinə görə, möhtəşəm musiqi layihəsində Azərbaycanın 6 bəstəkarı Türkiyənin seçilən 6 şairinin şeirlərinə, eyni zamanda türk bəstəkarları da Azərbaycanın 6 şairinin şeirlərinə musiqi bəstələyəcək: "Layihənin təqdimatı isə hər iki ölkədə keçiriləcək".

Layihədə iştirak edəcək şair və bəstəkarların adlarının hələ tam məlum olmadığını deyən Firəngiz Əlizadə, belə qarşılıqlı tədbirlərin və layihələrin keçirilməsinin iki ölkənin musiqi sənəti üçün vacib göstərici olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi