Xalq artisti Eldar Quliyev dəfn olunub - YENİLƏNİB-1

Xalq artisti Eldar Quliyev dəfn olunub - YENİLƏNİB-1 Xalq artisti Eldar Quliyevlə vida mərasimi keçirilib
İncəsənət
18 Aprel , 2021 13:37
Xalq artisti Eldar Quliyev dəfn olunub - YENİLƏNİB-1
0 : 00
0 : 00

Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev dəfn olunub.

"Report" xəbər verir ki, Xalq artisti vəsiyyətinə uyğun olaraq Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığında, həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailəsi, sənət yoldaşları və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfn mərasimi üçün əklil göndərib.

13:19

Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə vida mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərhumun cənazəsi Təzə Pir məscidindən götürülüb.

Mərhumun nəşinin torpağa tapşırılması üçün Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığına aparılır.

12:32

Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə Təzə Pir məscidində vida mərasimi keçirilir.

"Report" xəbər verir ki, məsciddə mərhum üçün cənazə namazı qılınır.

Vida mərasimində mərhumun ailə üzvləri, sənət yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edir.

Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığına aparılacaq.

Qeyd edək ki, E.Quliyev aprelin 16-da 80 yaşında vəfat edib.

Video: Nərmin Bəhruzi

Son xəbərlər

Orphus sistemi