Teatrşünas-tənqidçi: "Aktyor var ki, işdən sonra mühafizəçi işləyir"

Teatrşünas-tənqidçi: "Aktyor var ki, işdən sonra mühafizəçi işləyir" "Teatrların heç birində marketinqlə bağlı şöbə yoxdur".
İncəsənət
11 Aprel , 2023 12:56
Teatrşünas-tənqidçi: Aktyor var ki, işdən sonra mühafizəçi işləyir
İlham Rəhimli

"Teatrların heç birində marketinqlə bağlı şöbə yoxdur".

"Report" xəbər verir ki, bunu teatrşünas Elçin Cəfərov “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxışında deyib.

O bildirib ki, Azərbaycan teatrının yalnız dövlət vəsaitindən asılılığı onu geri salır:

"Əlavə sponsorlar olmalıdır. Teatrların heç birində marketinqlə bağlı şöbə yoxdur. Amma bu çox vacib məsələdir. Onların rəqəmsal marketinqlə bağlı problemləri var. Teatrların bir qarnı ac, bir qarnı tox olması düşüncəsi yanlışdır".

Teatrşünas-tənqidçi, Əməkdar incəsənət xadimi İlham Rəhimli isə deyib ki, aktyorun qarnı tox olmalıdır:

"Aktyor var ki, işdən sonra mühafizəçi işləyir. Çünki kirayə haqqını verməlidir. Gənc aktyorların çoxu evsizdir".

Son xəbərlər

Orphus sistemi