Şuşa Teatrının binasında təmir işləri başa çatıb, açılış olacaq

Şuşa Teatrının binasında təmir işləri başa çatıb, açılış olacaq Bakı. 21 dekabr. REPORT.AZ/ Dekabrın 24-də Şuşa Dövlət Musiqili Dram Teatrının binasının əsaslı təmirdən sonra açılış mərasimi olacaq.
İncəsənət
21 Dekabr , 2018 14:50
Şuşa Teatrının binasında təmir işləri başa çatıb, açılış olacaq

Bakı. 21 dekabr. REPORT.AZ/ Dekabrın 24-də Şuşa Dövlət Musiqili Dram Teatrının binasının əsaslı təmirdən sonra açılış mərasimi olacaq.

Bu barədə "Report"a Teatrın direktoru Yadigar Muradov məlumat verib. 

Onun sözlərinə görə, açılışı Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev edəcək: "Binanın təhvil verilməsi mərasimi olacaq. Yəqin ki, artıq yeni ildən binaya köçüb tamaşaların hazırlıqlarına başlayacağıq”.

Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrı Azərbaycan Respublikası Nazirlər Sovetinin 11 may 1990-cı il tarixli 200 saylı Qərarı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 25 may 1990-cı il tarixli 192 saylı əmri ilə fəaliyyətə başlayıb. Teatr bir müddət “Savalan” kinoteatrının binasında məskunlaşıb. Daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə həmin kinoteatr ləğv olunub, bina Mədəniyyət və Turizm Nazirliyinin balansına verilib. Nazirlik də, öz növbəsində, binanı Şuşa Teatrına bağışlayıb və təmir edilməsi üçün dövlət tərəfindən vəsait ayrılıb. Teatr uzun müddətdir  fəaliyyətini başqa teatrların səhnəsində çıxış edərək davam etdirirdi. 

Son xəbərlər

Orphus sistemi