Nizami Kino Mərkəzində “Sirr” bədii filminin təqdimat mərasimi keçirilib.
“Report” xəbər verir ki, filmin qala gecəsində dövlət rəsmiləri, ictimai xadimlər, incəsənət nümayəndələri, rejissorlar, media nümayəndələri iştirak ediblər.
Quruluşcu rejissoru və ssenari müəllifi Aqil Nağıyev olan ekran işi real hadisələr əsasında çəkilib. Filmin çəkilişində məqsəd uşaqlara qarşı zorakılığa, pedofiliyaya qarşı maarifləndirmə və çağırışdır.
Dram janrında olan olan film bir ay ərzində ərsəyə gəlib.
Filmdə baş obrazı Azad adlı şəxs canlandırır. Azad məktəblərin birində mühafizə rəisi vəzifəsində çalışır. O, işlədiyi məktəbin direktorunu döyür.
Hadisə nəticəsində məktəbin direktoru şikəst qalır. Azad isə 5 il müddətinə azadlıqdan məhrum olur. Həbs müddəti bitdikdən sonra azadlığa buraxılır və iş axtarmağa başlayır. Elə əsas hadisələr də bundan sonra başlayır.
Ekran işinin quruluşçu rejissoru və ssenari müəllifi Aqil Nağıyev, baş prodüser Ruslan Məmmədov, quruluşçu operatoru Nicat Əhmədov, aktyorlar - Rüfət Nəzər, Sima Şabanova, Vaqif Kərimov, Faiq Zeynallı, Elşən Məmmədov, Seymur Tağıyev, Aydan Salahova, Zəhra Sultanzadədir.
Filmin çəkilişinə təşkilatı dəstəyi “Lake Palace” Hotel, İnformasiya dəstəyini isə “Xəzər TV”, “Xəzər FM”, “Araz FM ” göstərib.