Alessandro Mikele “Quççi”nin (“Gucci”) kreativ direktoru vəzifəsini tərk edib.
“Report” xəbər verir ki, müvafiq bəyanat noyabrın 23-də brendin sahibi olan Fransanın “Kerinq” (“Kering”) şirkətlər qrupunun
“Quççi” şirkəti bu gün Alessandro Mikelenin “Quççi”nin kreativ direktoru vəzifəsindən getdiyini elan edir. Alessandro Mikele 21 yanvar 2015-ci ildən Evin yaradıcılıq sükanı arxasındadır və Evin məşhur kodekslərinə sadiq qalaraq öz qabaqcıl yaradıcılığı ilə brendin bugünkü halına gəlməsində fundamental rol oynayıb”, - bəyanatda deyilib.
Qeyd edək ki, 1962-ci ildə yaradılan “Kerinq” qrupu fransalı milyarder Fransua Pinoya məxsusdur. O, “Quççi”, “İv Sen Loran” (“Yves Saint Laurent”), “Botteqa Veneta” (“Bottega Veneta”), “Balensiaqa” (“Balenciaga”), “Aleksandr Makkvin” (“Alexander McQueen”) və başqaları da daxil olmaqla, əsasən moda dünyasından müxtəlif dəbdəbəli brendlərin sahibidir.