Bakı. 22 iyul. REPORT.AZ/ 2009-cu ildən etibarən Azərbaycanın birinci xanımı,
“Report” xəbər verir ki, bu barədə məlumatı
Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək festivalda İtaliya Simfonik Orkestri, “Moskva virtuozları” kamera orkestri (Rusiya), Avstriya Vayner Akademiyasının kamera ansamblı, “Flamenko” ansamblı (İspaniya), “Dubrovnik Guitar Trio” (Xorvatiya), habelə Ukrayna, İsrail, və Almaniyadan məşhur musiqiçilər iştirak edəcək.
Festivalın konsertləri Qəbələdəki “Qafqaz Resorte” hotelinin kamera musiqisi zalında və açıq havada keçiriləcək. Musiqi bayramının ilk günü (25 iyul) əvvəlcə kamera zalında “Vayner Akademiya” kamera orkestrinin (Avstriya) konserti olacaq. Həmin gün axşam isə açıq səhnədə Qəbələ VII Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı olacaq. Gecədə İtaliya Simfonik Orkestri konsert proqramı ilə çıxış edəcək.