Bakı. 7 sentyabr. REPORT.AZ/
Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və kollektivi İlham Əsgərov vəfatı ilə əlaqədar onun ailə üzvlərinə, yaxınlarına, teatr ictimaiyyətinə, teatr sevərlərə başsağlığı verir.
Allah rəhmət eləsin".
Mərhumla vida mərasimi evində keçirilir. Xalq artistinin cənazəsi evindən götürüləcək və Masallıya aparılacaq.
Xatırladaq ki, İ.Əsgərov sentyabrın 6-da dünyasını dəyişib. Bir neçə il öncə onun beyninə qan sızmışdı.