Musiqili Teatr mövsümə "O olmasın, bu olsun" tamaşası ilə yekun vurub
İncəsənət
- 13 iyul, 2015
- 05:24
Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrı 105-ci teatr mövsümünü başa vurub.
"Report" xəbər verir ki, teatr mövsümün son tamaşası olaraq dahi Üzeyir bəy Hacıbəylinin "O olmasın, bu olsun" musiqili tamaşasını nümayiş etdirib.
Tamaşanın quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimovadır.
Rolları xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov,Əkbər Əlizadə, Ələkbər Əliyev, Novruz Qartal, aktyorlar Amil Məmmədov,Hüseyn Əlili və başqaları oynayıb.
"O olmasın, bu olsun" Müsiqili Teatrın 105-ci mövsümünün ən uğurlu tamaşası sayılır. Tamaşada Məşədi İbad obrazını canlandıran əməkdar artist Şövqi Hüseynov bu rolun ifasına görə Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə" Milli mükafatına layiq görülüb.
Son xəbərlər
10:02
Qetji yüngül çəkidə UFC çempionluq kəmərini qazanıb
Fərdi09:43
Premyer Liqa: Lider "Sabah" bu gün qalib gəlməklə "Qarabağ"la xal fərqini artıra bilər
Futbol09:35
Takaiçi: ABŞ Yaponiyadan müdafiə xərclərini artırmağı tələb etməyib
Digər ölkələr09:13
Samuxda mikroavtobus aşıb, ölən və xəsarət alanlar var
Hadisə09:10
İndoneziyada torpaq sürüşməsi nəticəsində itkin düşən 80 nəfərin axtarışı bərpa edilib
Digər ölkələr08:50
KİV: ABŞ Rusiya ilə Avropa arasında etimadı gücləndirməyi planlaşdırır
Digər ölkələr08:32
Yaponiya hökuməti bazar spekulyasiyalarına qarşı tədbirlər görməyə başlayıb
Digər ölkələr08:13
Türkiyədə nişan mərasimində 113 nəfər dəm qazından zəhərlənib
Region07:50