Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi məqsədilə təşkil olunan"Fikrət Əmirov - 100" Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının konserti baş tutub.
"Report" xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, bir sıra Xalq artistləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Fikrət Əmirovun xatirəsinə bir töhfə olaraq bəstəkarın müxtəlif əsərləri ifa olunub, rəqslər nümayiş etdirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Fikrət Əmirovun anadan olmasının 100 illiyinin qeyd edilməsi haqqında müvafiq sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi “Fikrət Əmirov - 100” Musiqi Festivalına start verib.