Londonda BAFTA kino mükafatının qalibləri elan edilib - SİYAHI

Londonda BAFTA kino mükafatının qalibləri elan edilib - SİYAHI Ən yaxşı aktyor nominasiyasında Qari Oldman və Frensis Makdormand qalib olub
İncəsənət
19 Fevral , 2018 01:31
Londonda BAFTA kino mükafatının qalibləri elan edilib - SİYAHI

Bakı. 19 fevral. REPORT.AZ/ Londonda yerləşən "Royal Albert Hall" zalında BAFTA-2018 Britaniya Film və Televiziya İncəsənəti Akademiyası mükafatlarının təqdimetmə mərasimi keçirilib.

“Report” xəbər verir ki, bu, kino ilinin son böyük mükafatlarından biridir, indi yalnız "Oskar"a qədər bir neçə həftə gözləmək qalır.

Mükafatların sayına görə "Ebbinq sərhədində üç bilbord, Missuri" ашдьш liderdir. O, 5 nominasiya üzrə qalib olub. İkinci yerdə 3 mükafatla "Suyun şəkli" qərarlaşıb. Üçüncü və dördüncü yerlər isə hərəyə iki mükafatı olan "Tiyə ilə qaçan 2049" və "Qara günlər" ekran əsərlərinə məxsusdur.

Namizədlərin və qaliblərin siyahısını təqdim edirik:

Ən yaxşı film

"Ebbinq sərhədində üç bilbord, Missuri"

İlin ən yaxşı Britaniya filmi

"Ebbinq sərhədində üç bilbord, Missuri"

Ən yaxşı rejissor

Gilyermo del Toro ("Suyun şəkli")

Ən yaxşı qadın rolu

Frensis MakDormand ("Üç bilbord…")

Ən yaxşı kişi rolu

Qeri Oldman ("Qara günlər")

İkinci planda ən yaxşı qadın rolu

Ellison Cenni ("Tonya hamıya qarşı")

İkinci planda ən yaxşı kişi rolu

Sem Rokuell ("Üç bilbord…")

Ən yaxşı orijinal ssenari

"Ebbinq sərhədində üç bilbord, Missuri"

Ən yaxşı uyğunlaşdırılmış ssenari

"Məni öz adımla çağır"

Xarici dildə ən yaxşı film

"Qulluqçu" (Cənubi Koreya)

Ən yaxşı animasiya filmi

"Kokonun sirri"

Ən yaxşı operator işi

Rocer Dikins ("Tiyə ilə qaçan 2049")

Ən yaxşı montaj

"Sükan arxasında körpə"

Ən yaxşı vizual effektlər

"Tiyə ilə qaçan 2049"

Filmə ən yaxşı musiqi

Aleksandr Despla — "Suyun şəkli"

Ən yaxşı dekorasiya

"Suyun şəkli"

Ən yaxşı dizayn geyimləri

"Xəyali sap"

Ən yaxşı qrim və saç düzümləri

"Qara günlər"

Ən yaxşı səs

"Dünkerk"

Parlamaqda olan ulduzlar

Deniel Kaluyya ("Rədd ol")

Son xəbərlər

Orphus sistemi