İlyas Əfəndiyevin 100 illik yubileyi qeyd olunub

İlyas Əfəndiyevin 100 illik yubileyi qeyd olunub Mərasimdə hökumət və dövlət nümayəndələri iştirak ediblər
İncəsənət
22 Noyabr , 2014 09:45
İlyas Əfəndiyevin 100 illik yubileyi qeyd olunub

Bakı. 21 noyabr. REPORT.AZ/ Heydər Əliyev Sarayında görkəmli dramaturq, xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə təntənəli yubiley gecəsi keçirilib.

"Report" xəbər verir ki, yubiley mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, baş nazirin müavini Elçin Əfəndiyev, hökumət və dövlət nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Yubiley mərasimininin açılışını mədəniyyət və turizm naziri Əbülfəs Qarayev edib. Nazir İlyas Əfəndiyevin yaradıcılığından, şəxsiyyətindən və onun milli ədəbiyyat qarşısında olan xidmətlərindən söz açıb.

Daha sonra tədbir mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə hazırlanan bədii gecə ilə davam edib.

Baş nazirinin müavini, dramaturqun oğlu olan Elçin Əfəndiyev yurnalistlərə verdiyi müsahibədə bildirib ki, İlyas Əfəndiyevin adı Azərbaycan mədəniyyətində, ədəbiyyatında, teatrında hər zaman xüsusi hörmətlə çəkilir. E.Əfəndiyev deyib ki, bu yaxınlarda Londonda "Sən həmişə mənimləsən" əsəri tamaşaya qoyulub. Bundan əlavə, bu əsərə Gürcüstan teatrı da səhnə ömrü bəxş etməyə hazırlaşır. 3 gündən sonra isə TÜRKSOY-un xətti ilə İlyas Əfəndiyevin 100 illik yubileyi qeyd ediləcək. Baş nazirin müavini Elçin Əfəndiyev atasının sağlığında onun bu qədər əsərlərinin tamaşaya qoyulmağını da qeyd edib. "İndi Azərbaycanın elə bir teatrı yoxdur ki, İlyas Əfəndiyevin dram əsərləri orada səhnəyə qoyulmasın. Mən deyərdim ki, İlyas Əfəndiyevin ikinci ömrü başlanıb".

Son xəbərlər

Orphus sistemi