İtalyan musiqiçi Bakıda bayramla əlaqədar konsert verəcək

İtalyan musiqiçi Bakıda bayramla əlaqədar konsert verəcək Bakı. 22 fevral. REPORT.AZ/ Martın 8-də Beynəlxalq Qadınlar Günü münasibəti ilə İtaliyanın istedadlı caz musiqiçisi, virtuoz ifaçı, caz festivallarının qalibi, dünyaca məşhur Fabio Lepore Bakıda konsert proqramı ilə çıxış edəcək.
İncəsənət
22 Fevral , 2019 17:14
İtalyan musiqiçi Bakıda bayramla əlaqədar konsert verəcək

Bakı. 22 fevral. REPORT.AZ/ Martın 8-də Beynəlxalq Qadınlar Günü münasibəti ilə İtaliyanın istedadlı caz musiqiçisi, virtuoz ifaçı, caz festivallarının qalibi, dünyaca məşhur Fabio Lepore Bakıda konsert proqramı ilə çıxış edəcək.

"Report" xəbər verir ki, London Caz Festivalı, Boston Yaşıl Festivalı, Dubay Caz Festivalı, "Blue Bay" Caz Festivalı kimi bir çox beynəlxalq festival və tədbirlərin iştirakçısı olan F.Lepore musiqiçilərlə birlikdə şəhərin qadın sakinlərinə konsert hədiyyə edəcək.

İtaliyanın ən istedadlı musiqiçilərindən biri olan F.Lepore əvvəlcə doğma dilində ifa etdiyi ənənəvi caz musiqisi - vokal caz janrının qızıl dövrünün dəyərli əsərləri ilə diqqətləri cəlb etməyi bacarıb. Onun ifası nəinki cazsevərlərin, həm də ənənəvi musiqilərdə orijinallığı və xüsusiliyi axtaran dinləyicilərin ruhunu oxşayır. 

Son xəbərlər

Orphus sistemi