“El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının açılışı olub

“El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının açılışı olub “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının açılış mərasimi keçirilib.
İncəsənət
28 Sentyabr , 2019 12:23
“El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının açılışı olub
Report

“El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Mədəniyyət naziri Əbülfəz Qarayev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin (DTMQİ) rəisi Əsgər Ələkbərov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və bir çox hökumət rəsmiləri ilə yanaşı, 35 müsəlman ölkəsinin nümayəndələri iştirak ediblər.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin (DTMQİ) rəisi Əsgər Ələkbərov bildirib ki, bu il Nəsiminin 650 illik yubileyi qeyd olunur: "El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı da "Nəsimi Festivalı" çərçivəsində təşkil olunub. Festivalda 30 müsəlman ölkəsindən 50-dən çox sənətkar iştirak edir. İnanırıq ki, bu festival İslam ölkələrinin əlaqələrinin gücləndirilməsində böyük rol oynayacaq".

Şeyxülislam Allahşükür Paşazadə isə festivalların insanları birləşdirdiyini bildirib: "Mən bir şeyx kimi İçərişəhərin dünənini də görmüşəm, bu gününü də görürəm. Xüsusən mən İslamı təmsil etdiyimə görə demək istərdim ki, müstəqillik illərində İslama çox böyük dəyər verilib. Buna görə də mən, ilk növbədə, ölkə başçısı İlham Əliyeva, sonra isə Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. İlham Əliyev Nəsimiyə Azərbaycan pasportu verdi, onu bütün dünyada tanıtdı".

Mədəniyyət naziri Əbülfəs Qarayev isə Bakıda növbəti festivalın açılışının qeyd olunduğunu söyləyib: "Bildiyiniz kimi, bu günlərdə ölkəmizdə bir sıra festivallar, tədbirlər təşkil olunur. “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı da bu tədbirlərdən biridir. 50 il öncə Heydər Əliyev Nəsiminin 600 illik yubileyinin keçirilməsi barədə sərəncam vermişdi. 50 ildən sonra isə onun nəvəsi Leyla Əliyeva "Nəsimi Festivalı"nı keçirir. Bu o deməkdir ki, bizim xalqımız öz ənənəsinə sadiqdir".

Çıxışlardan sonra qonaqlar sənətkarlıq nümunələri ilə tanış olublar.

Festival oktyabrın 4-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi