Gənc Tamaşaçılar Teatrı mövsümə “Leyli və Məcnun“ tamaşası ilə yekun vuracaq

Gənc Tamaşaçılar Teatrı mövsümə “Leyli və Məcnun“ tamaşası ilə yekun vuracaq Bakı. 13 iyul. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrı 90-cı mövsümə “Leyli və Məcnun“ tamaşası ilə yekun vuracaq.
İncəsənət
13 İyul , 2018 16:38
Gənc Tamaşaçılar Teatrı mövsümə “Leyli və Məcnun“ tamaşası ilə yekun vuracaq

Bakı. 13 iyul. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrı 90-cı mövsümə “Leyli və Məcnun“ tamaşası ilə yekun vuracaq.

Teatrın Mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, iyulun 15-də günorta saat 14:00-da balaca tamaşaçılar üçün “Çippolino”, saat 19:00-da isə Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunacaq.

Tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi əməkdar artist Nicat Kazımovdur. Quruluşçu rəssamı Elnur Axundov, musiqi tərtibatçsı Həmid Kazımzadə, tryukların quruluşçusu İsa Əsədov, rejissoru Müşviq Əliyev, rejissor assistenti Günay Qasımovadır.

Yeni tamaşada rolları əməkdar artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Nəsibə Eldarova, Nicat Kazimov, Nofəl Vəliyev, Elşən Rüstəmov, aktyorlar Rəzzaq Məmmədov, Rövşən Abbasov, Elnur Kərimov, Rəşad Səfərov, Mehriban Hüseynova, Günel Məmmədova, Mehriban Abdullayeva, Sevinc Mehrəliyeva, Bəhram Həsənov, Səbinə Məmmədova, Asya Atakişiyeva, Elşən Çarhanlı, Nuriyyə Əliyeva, Şəbnəm Hüseynova, Könül Əbilova, Venera Abbasova, Hüsniyyə Əhmədova, Kərəm Hadızadə, Elnur Hüseynov, Rasim Cəfərov, Elşən Şıxəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Müşviq Əliyev, Vüqar Məmmədəliyev, Vüsal Mehrəliyev, Anar Səfiyev, Elgün Yəhyayev, Zümrüd Quliyeva, Gülbəniz Mustafayeva, Zemfira Əbdülsəmədova, Elnur Əliyev, Ceyhun Məmmədov, Mirzağa Mirzəyev, Aygün Fətullayeva, Nuranə Hüseynova, Feyruz Məmmədov ifa edəcəklər.

Son xəbərlər

Orphus sistemi