Bakı. 30 mart. REPORT.AZ/ Bakıda Frankofoniya həftələrinin açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, “Landmark” otelində səfirlərin iştirakı ilə keçirilən tədbir Beynəlxalq Frankofoniya Təşkilatı haqqında filmin nümayişi ilə başlayıb. Filmdə fransız dilinin hazırda dünyadakı yeri və inkişaf xətti haqqında məlumat verilib.
Fransa səfiri Aureliya Buşe bildirib ki, keçən il bu layihədə iştirak edən ölkələrin sayı 8 olmuşdusa, bu il bu rəqəm 10-a çatıb: “Bu layihənin müstəsnalığı ölkələrin çoxsaylı mədəniyyət tədbirləri ilə iştirak etməsidir. Aprelin 1-də Bakı Muğam Mərkəzində Fransa, Yunanıstan və Azərbaycanın birgə təşkilatçılığı, fransız caz ifaçısının iştirakı ilə açılış mərasimi olacaq".
Bundan sonra Beynəlxalq Frankofoniya Təşkilatının üzv və müşahidəçi ölkələrinin səfirlikləri Frankofoniya həftələri ərzində Bakıda keçiriləcək tədbirlər haqqında məlumat veriblər.
Sonda Frankofoniya həftələrii çərçivəsində keçiriləcək tədbirlər təqdim olunub:
1 aprel - Azərbaycan-Fransa-Yunanıstan musiqi konserti
3 aprel - Konstantin Brankuzinin fotosərgisinin açılışı
6 aprel - Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardinin məruzəsi: “Meksika, Fransa və Frankofoniya”
7 aprel - İsveçrədən Parkur üzrə Master Klass
8 aprel - Belçika günü, Azərbaycandakı Fransız İnstitutu
8 aprel - Mərakeş kinosu İbn Battutanın Tanjerdən Məkkəyə qədəri ilk ziyarəti haqqında film
9 aprel - Uşaqlar arasında 15-ci beynəlxalq şahmat turnirinin açılışı
9-15 aprel -“Baş aşpazların toplantısı” nahar təqdimatı. Macar kinosu “Ferents puşkaş”, Tamas Alması
10 aprel - “ Şərqin Macar Tədqiqatçıları” sərgisinin açılışı
10-13 aprel - Litva kinosu “Eyvan”, Qidr Beynoriyut
11 aprel - Fransız kinosu “Paris”
12 aprel - “Xəsis”, Molyer, Feliks Libris
13 aprel - “Xəsis”, Molyer, Feliks Libris
14 aprel - “Xəsis”, Molyer, Feliks Libris
15 aprel - Solo Teatr Master class, Les Livreurs
16 aprel - “Baş aşpazların toplantısı” nahar təqdimatı
18 aprel - “Memarlıq həqiqətləri - Misir” sərgisinin açılışı
19 aprel - Paris Bistroda Musiqili axşam
20 aprel - “Misir Azərbaycanlı uşaqların gözü ilə” sərgisinin açılışı
22 aprel - Fransız dili həftələrinin və Frankofoniyanin rəsmi bağlanış mərasimi.