Fərhad Bədəlbəyli: "Üzeyir bəy Azərbaycan musiqisinin peyğəmbəridir"

Fərhad Bədəlbəyli: "Üzeyir bəy Azərbaycan musiqisinin peyğəmbəridir" "Üzeyir bəy olmasaydı, Azərbaycan musiqi sənəti inkişaf edə bilməzdi, Türkmənistan, Tacikistan səviyyəsində qalardı"
İncəsənət
18 Sentyabr , 2015 14:34
Fərhad Bədəlbəyli: Üzeyir bəy Azərbaycan musiqisinin peyğəmbəridir

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Musiqi sahəsində bütün uğurlarımız Üzeyir bəyin adı ilə bağlıdır". "Report" xəbər verir ki, bu fikirləri dahi Üzeyir bəy Hacıbəylinin doğum günü - Milli Musiqi Günü münasibətilə keçirilən tədbirdə Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli deyib.

F.Bədəlbəyli hesab edir ki, Üzeyir bəy olmasaydı, Azərbaycan musiqisində köklü dəyişikliklər baş verməzdi. O bildirib ki, nəinki opera, balet, simfoniya, kamera musiqisi, musiqi dərslikləri, hətta caz musiqisi belə Ü.Hacıbəylinin adı ilə bağlıdır: "Üzeyir Hacıbəyli Azərbaycan musiqisinin peyğəmbəridir. Üzeyir bəy olmasaydı, Azərbaycan musiqi sənəti inkişaf edə bilməzdi, Türkmənistan, Tacikistan səviyyəsində qalardı. Amma bu gün Üzeyir bəyin musiqisi Amerikadan başlayaraq, Çinə qədər hər yerdə səslənir. Mən xoşbəxtəm ki, dəfələrlə Üzeyir bəyin əsərlərini ifa etmişəm. 7 il əvvəl Vyanada "Arşın mal alan" operettasını səhnəyə qoymuşduq. İki il əvvəl Los-Ancelesdə Üzeyir bəyin musiqisi səsləndi. Los-Anceles ermənipərəst şəhərdir. Orada Üzeyir bəyin möhtəşəm əsərləri dəfələrlə ifa edildi. Dahi Üzeyir bəy Hacıbəyli çox xoşbəxt bəstəkarlardandır. Çünki Azərbaycanın hər günü Üzeyir bəyin musiqisi ilə başlayır, Avropadan Asiyaya qədər Üzeyir bəyin musiqisi səslənir".

Son xəbərlər

Orphus sistemi