Əbülfəs Qarayev "Türk Hava Yolları"nın Bakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

İncəsənət
  • 30 mart, 2017
  • 15:31
Əbülfəs Qarayev Türk Hava Yollarının Bakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Türk Hava Yolları"nın Bakı nümayəndəliyinin rəhbəri ilə görüşüb. 

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə nümayəndəliyin müdiri Seyfullah İlyas rəhbərliyi ilə nümayəndəliyin üzvləri iştirak ediblər.

Görüşdə ötən müddət ərzində Mədəniyyət və Turizm Nazirliyi və "Türk Hava Yolları" arasında Azərbaycanın zəngin turizm potensialının tanıdılması istiqamətində həyata keçirilmiş əməkdaşlıq əlaqələrinə toxunularaq birgə fəaliyyətin daha da genişlənməsi qərara alınıb.

Bundan əlavə, görüşdə 10 aprel - 10 may 2017-ci il tarixinlərində ölkəmizdə ilk dəfə keçiriləcək “Bakı Ticarət Festivalı”na "Türk Hava Yolları"nın tərəfdaşlığı, dünyanın bir sıra ölkələrinin turizm sənayesi və kütləvi informasiya nümayəndələri üçün ölkəmizə tanışıqlıq səfərinin təşkili, eləcə də Malaziya, İndoneziya, Cənubi Koreya və Yaponiyada Azərbaycanın silsilə tanışlıq tədbirlərinin təşkili müzakirə edilib.