Danimarkalı müğənni “Sarı gəlin” mahnısını ifa edib

Danimarkalı müğənni “Sarı gəlin” mahnısını ifa edib Q.Holkun məşhur Azərbaycan mahnısı “Sarı gəlin”in ingilis və Azərbaycan dillərində ifası gurultulu alqışlarla qarşılanıb
İncəsənət
30 Noyabr , 2014 21:41
Danimarkalı müğənni “Sarı gəlin” mahnısını ifa edib

Bakı. 30 noyabr. REPORT.AZ/ Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Fərqli tonlar və mədəniyyətlərin uzlaşması” konsertində Azərbaycan mahnıları ifa olunub.

"Report"-un AzərTAc-a istinadən verdiyi xəbərə görə, dünyanın müxtəlif ölkələrindən olan qadınların bir araya gəldikləri konsertdə Danimarka, İsveç, Finlandiya, Norveç, Bolqarıstan, eləcə də Afrika xalqlarının mahnıları səsləndirilib.

Konsertin solistini - danimarkalı müğənni Qudrin Holku pianoda həmyerlimiz Kəmalə Maisqızı müşaiyət edib. Q.Holkun məşhur Azərbaycan mahnısı “Sarı gəlin”in ingilis və Azərbaycan dillərində ifası gurultulu alqışlarla qarşılanıb. Həmçinin “Girdim yarın bağçasına”, “Küçələrə su səpmişəm” kimi mahnılarımız da danimarkalı müğənni tərəfindən fərqli formada ifa edilib.

Azərbaycan musiqisini çox sevdiyini deyən Q.Holk repertuarına xalq və bəstəkar mahnılarımızı da daxil etdiyini vurğulayıb. O, repertuarındakı Azərbaycan mahnılarını musiqiçi Kəmalə Maisqızının köməyi ilə öyrəndiyini bildirib. “Sarı gəlin” mahnısını öyrənməyin o qədər asan olmadığını deyən məşhur müğənni bunun üçün aylarla vaxt sərf etdiyini, amma indi balaca qızının belə “Sarı gəlin”i əzbərlədiyini söyləyib. Mahnını ingilis və Azərbaycan dillərində ifa edən Q.Holk gələcəkdə “Sarı gəlin”i doğma dilində də oxuyacağını deyib.

Konsertdə, həmçinin K.Maisqızı Azərbaycan bəstəkarlarının əsərlərini və tanınmış filmlərdən melodiyaları ifa edib.

Son xəbərlər

Orphus sistemi