Beynəlxalq Rəqs Günü münasibətilə konsert keçiriləcək

Beynəlxalq Rəqs Günü münasibətilə konsert keçiriləcək Konsert Dövlət Filarmoniyasında təqdim ediləcək
İncəsənət
29 Mart , 2016 11:01
Beynəlxalq Rəqs Günü münasibətilə konsert keçiriləcək

Bakı. 29 mart. REPORT.AZ/ Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Beynəlxalq Rəqs Günü münasibətilə konsert proqramı keçiriləcək.

Bu barədə "Report"a Dövlət Filarmoniyasından məlumat verilib.

Konsert proqramı aprelin 29-u saat 19.00-da başlayacaq.

Konsertdə Fikrət Əmirov adına əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı çıxış edəcək.

Ansamblın bədii rəhbəri və baş dirijoru Ağaverdi Paşayevdir.

Xatırladaq ki, Beynəlxalq Teatr İnstitutu (ITI) və UNESCO ortağı QHT Beynəlxalq Rəqs Komitəsi 1982-ci ildə tanıdılıb və hər il aprelin 29-da Beynəlxalq Rəqs Günü qeyd edilir.

Bu tarixi, Beynəlxalq Rəqs Komitəsi müasir baletin yaradıcısı Jan-Jorj Noverrin ad günü münasibətilə təyin edib.

Hər il bununla bağlı təntənəli tədbirlər,konsertlər keçirilir.

Son xəbərlər

Orphus sistemi