Bakı Uşaq Teatrı uşaqlar üçün Yeni il şənliyi keçirəcək

İncəsənət
  • 21 dekabr, 2016
  • 13:29
Bakı Uşaq Teatrı uşaqlar üçün Yeni il şənliyi keçirəcək

Bakı. 21 dekabr. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrı KİV nümayəndələrinin və elmi işçilərin uşaqları üçün yeni il şənliyi keçirəcək.

İdarədən "Report"a verilən məlumata görə, tədbir dekabrın 30-da Qurban Abbasov adına Mədəniyyət sarayında olacaq.

Şənlikdə müxtəlif nağıl qəhrənmanları səhnəyə çıxacaq və “Yeni il müsabiqəsi” tamaşası nümayiş etdiriləcək.

Tədbirə giriş pulsuzdur.

44 - Tezliklə