“Bakı Payızı”nın təşkilatçısı: “Qalibləri seçmək münsiflər heyəti üçün çox çətin olacaq”

“Bakı Payızı”nın təşkilatçısı: “Qalibləri seçmək münsiflər heyəti üçün çox çətin olacaq” “Münsiflər heyətinə qalibləri seçmək çox çətin olacaq”.
İncəsənət
28 İyun , 2023 18:10
“Bakı Payızı”nın təşkilatçısı: “Qalibləri seçmək münsiflər heyəti üçün çox çətin olacaq”

“Azərbaycanda “Bakı Payızı” istedadlar müsabiqəsinin artıq ikinci turu keçirilib. Bu dəfə 13 musiqi qrupu xarici mahnılardan ibarət kompozisiyaları ilə yarışıblar. Qalibləri seçmək münsiflər heyəti üçün çox çətin olacaq”.

Bu fikirləri “Report”a “Bakı Payızı” müsabiqəsinin təşkilatçısı və baş prodüseri Səbinə Həsənova deyib.

Bu istedadlı gəncləri tapıb müsabiqəyə təqdim etdiklərini deyən təşkilatçı bildirib ki, tədbirin ilk günü olduqca maraqlı keçib: “Təbii ki, çətinliklər oldu, lakin biz bunun öhdəsindən layiqincə gəldik. Gənclərimiz çox istedadlıdır və müsabiqədə əllərindən gələni etdilər”.

S.Həsənova hesab edir ki, bütün iştirakçılar çox bacarıqlıdır: “"Bakı Payızı" 35 il bundan öncə Azərbaycan estradasına Aygün Kazımova, Faiq Ağayev, Samir Bağırov kimi ulduzlar qazandırıb. Bu “Bakı Payızı” da incəsənətimizə yeni ulduzlar bəxş edəcək”.

Qeyd edək ki, iyunun 28-də Bakı Musiqi Akademiyasının Opera Studiyasında “Bakı Payızı” istedadlar müsabiqəsinin ilk turu keçirilib. Bu turda 13 musiqi qrupu milli mahnılardan ibarət kompozisiyalarla yarışıblar. İstedadlı vokal ifaçıları öz istedadlarını göstərmək üçün rəngarəng musiqi nömrələri ilə münsiflər qarşısında əllərindən gələni edib, müsabiqəyə böyük maraq və həvəs nümayiş etdiriblər. Musiqi qrupları ilk turda Azərbaycan dilində, ikinci turda isə xarici dildə musiqilərlə çıxış edəcəklər. Bu turlardan sonra yay ayları ərzində qaliblər müəyyənləşdiriləcək və onların adları oktyabrın 2-də keçiriləcək “Bakı Payızı” adlı konsertdə elan olunacaq.

“Bakı Payızı” istedadlar müsabiqəsinin münsiflər kürsüsündə xalq artisti Aygün Kazımova, Azərbaycan musiqiçisi, qarmon ifaçısı, xalq artisti Ənvər Sadıqov, xalq artisti Zülfiyyə Xanbabayeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Musiqi sənəti” fakültəsinin “Estrada və populyar musiqi” kafedrasının müdiri Məryəm Babayeva, müğənni İlqar Xəyal, əməkdar artist Emil Əfrasiyab və xalq artisti Mübariz Tağıyev əyləşib.

Musiqi və bədii təəssüratların yaradılması, bu əsasda musiqi mədəniyyətinin, üslub, ritm və ansambl hisslərinin inkişafı builki payızın əsas tədbirinə - “Bakı Payızı 2023 - 35 il sonra” istedadlar müsabiqəsinə peşəkar hazırlığın mühüm tərkib hissəsi olacaq.

Tədbir iyulun 1-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi