Azərbaycan və Gürcüstan kukla teatrları əməkdaşlıq edəcək

Azərbaycan və Gürcüstan kukla teatrları əməkdaşlıq edəcək Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilə Gürcüstan Dövlət Kukla Teatrları Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.
İncəsənət
8 İyun , 2022 14:58
Azərbaycan və Gürcüstan kukla teatrları əməkdaşlıq edəcək

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilə Gürcüstan Dövlət Kukla Teatrları Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bu barədə "Report"a teatrın mətbuat xidmətindən məlumat verilib.

Sənədə əsasən, iki ölkənin nəinki kukla, ümumən teatrları müxtəlif istiqamətlərdə davamlı əməkdaşlıq edəcək və müştərək layihələrə qatılacaqlar. Bu mənada tamaşaların hazırlanması, təcrübə mübadiləsinin tətbiqi, ustad dərslərinin təşkili, eləcə də spesifik istiqamətlərdə kurs və qısamüddətli təlimlərin keçirilməsi də nəzərdə tutulub.

Məqsəd tərəflərin qarşılıqlı əməkdaşlığı yolu ilə müxtəlif yaş qrupları üzrə kukla ifaçılıq sənətini daha da təkmilləşdirmək və dünya miqyasında sistemli təbliğinə nail olmaqdır.

Memoranduma əsasən, Gürcüstan Dövlət Kukla Teatrları Birliyi azərbaycanlı kuklaçıların bu ölkədə müxtəlif yaradıcılıq layihələrinə dəstək verəcək, həmçinin hər iki ölkənin teatrları arasında əlaqələndirici missiyasını yerinə yetirəcək.

Qarşılıqlı qastrol səfərləri, "dəyirmi masa"lar, müştərək tamaşalar və bu kimi digər yaradıcı təşəbbüslərə yol açacaq razılaşmada teatrların repertuar siyasəti və təbliğatı məsələləri ilə bağlı da müddəalar yer alır.

Son xəbərlər

Orphus sistemi