Azərbaycan rəssamının əsəri Böyük Britaniyada keçirilən hərracda satılıb

Azərbaycan rəssamının əsəri Böyük Britaniyada keçirilən hərracda satılıb Əsər Böyük Britaniyanın Sotheby's hərrac evində satışa çıxarılıb
İncəsənət
5 Dekabr , 2014 09:47
Azərbaycan rəssamının əsəri Böyük Britaniyada keçirilən hərracda satılıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Məşhur Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun 1982-ci ildə çəkdiyi "Böyük qoç" rəsm əsəri Böyük Britaniyanın Sotheby's hərrac evində 68,500 ingilis funtuna satılıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda qeyd olunub ki, Böyük Britaniyanın məşhur "Sotheby's" Hərrac Evində Rusiya, Qafqaz və Mərkəzi Asiya üzrə kurator Suad Qarayevadır və onun bu layihənin gerçəkləşməsində mühüm rolu olub.
Toğrul Nərimanbəyov 1930-cu il avqustun 7-də Bakı şəhərində doğulub. 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Litvada Vilnüs Rəssamlıq İnstitutunu bitirib. XX əsrin 50-ci illərindən etibarən yaradıcılığa başlayan rəssam mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə səciyyələndirib. Portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi lövhələr müasir Azərbaycan rəssamlığının qiymətli əsərləri olaraq dünyanın mötəbər sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində uğurla nümayiş etdirilir, müxtəlif dövlətlərin muzeylərində və ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılır.
T.Nərimanbəyov 2013-cü il iyunun 2-də Paris şəhərində vəfat edib. 

Son xəbərlər

Orphus sistemi