Azərbaycan filmləri Bolqarıstanda keçirilən beynəlxalq festivalda nümayiş etdirilib

Azərbaycan filmləri Bolqarıstanda keçirilən beynəlxalq festivalda nümayiş etdirilib Festival çərçivəsində Azərbaycan filmi gecəsi təşkil olunub
İncəsənət
30 Yanvar , 2017 15:22
Azərbaycan filmləri Bolqarıstanda keçirilən beynəlxalq festivalda nümayiş etdirilib

Bakı. 30 yanvar. REPORT.AZ/ Bolqarıstanın 9-cu “Sofia MENAR” beynəlxalq film festivalında Azərbaycan filmləri nümayiş olunub.

“Azərbaycanfilm” kinostudiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, festival çərçivəsində Azərbaycan filmi gecəsi təşkil olunub.

Gecədə Bolqarıstanın dövlət və hökumət nümayəndələri, deputatlar, bu ölkənin aparıcı QHT və KİV təmsilçiləri, Sofiyada akkreditə olunan diplomatik korpusların rəhbərləri, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri və üzvləri  iştirak ediblər.

Festivalda “Qırmızı bağ” tammetrajlı bədii filmi və “4.1 Şəhər Motivləri” kinoalmanaxına daxil olan “Qonşu qadın”, “Kədərim”, “Yuxarıda və aşağıda”, “Dmitrov küçəsi 86” qısametrajlı bədii filmlərinin nümayişləri keçirilib. Sofia şəhərində təşkil olunan festivalda Azərbaycan filmləri “Fokusda: Mərkəzi Asiya və Azərbaycan” proqramı çərçivəsində nümayiş olunub.

Qeyd edək ki, Azərbaycan filmlərinin ilk dəfə iştirak etdiyi festival regionun ən diqqətəlayiq yeni ekran əsərlərini Avropa tamaşaçısına təqdim edir, yerli auditoriyanı İslam dünyasının iddiali audiovizual əsərləri ilə tanış edir. “MENAR” film festivalı Balkan regionunda İslam mədəniyyətini nümayiş etdirən ən böyük tədbir hesab olunur. 2009-2016-cı illər ərzində təşkil olunan festivallarda Yaxın Şərq, Mərkəzi Asiya və Şimali Afrika regionundan 300-dən çox film nümayiş etdirilib.

Festivalda nümayiş etdirilən filmlər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.

Son xəbərlər

Orphus sistemi