Azərbaycan Dövlət Rus Dram Teatrı Sankt-Peterburqa qastrol səfərinə yollanacaq

İncəsənət
  • 23 oktyabr, 2015
  • 06:20
Azərbaycan Dövlət Rus Dram Teatrı Sankt-Peterburqa qastrol səfərinə yollanacaq

Bakı. 23 oktyabr. REPORT.AZ/ Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı noyabrın 11-də Sankt-Peterburqa qastrol səfərinə yollanacaq.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, iki gün davam edəcək qastrol zamanı Vasilevskidəki Dövlət Dram Teatrının səhnəsində 2 tamaşa nümayiş etdiriləcək.

Noyabrın 11-də xalq artisti, teatrın baş rejissoru Aleksandr Şarovskinin quruluşu ilə Mixail Lermontovun "Maskarad" tamaşası səhnələşdiriləcək. Xatırladaq ki, tamaşanın premyerası 2013-cü il noyabrın 24-də olub. Tamaşa məşhur rus şairi M.Lermontovun 200 illik yubileyinə həsr olunub.

Noyabrın 12-də isə peterburqlular A.Şarovskinin quruluşu ilə məşhur fransız dramaturqu Jan Rasinin "Fedra" tamaşasını izləyə biləcək.

44 filmi