25 il əvvəl dünyasını dəyişən məşhur musiqiçinin holoqramması turneyə çıxacaq

İncəsənət
  • 22 sentyabr, 2017
  • 08:52
25 il əvvəl dünyasını dəyişən məşhur musiqiçinin holoqramması turneyə çıxacaq

Bakı. 22 sentyabr. REPORT.AZ/ 25 il əvvəl dünyasını dəyişən məşhur rok-musiqiçi Frenk Zappa pərəstişkarlarını yenidən sevindirəcək. 

"Report" BBC-yə istinadən xəbər verir ki, o, holoqramma şəklində turneyə çıxacaq.

Konsertlər 2017-ci ilin sonunda başlayacaq və 2018-ci ildə davam edəcək. F.Zappanın holoqramması ilə birlikdə onun keçmiş musiqi tərəfdaşları çıxış edəcək.

Holoqramma "Eyellusion" şirkəti tərəfindən hazırlanıb.

Çıxışların harada baş tutacağı hələlik məlum deyil.