“Yandex” iyunda Azərbaycandakı bazar payının 8 %-ni itirib

İKT
  • 02 iyul, 2024
  • 13:38
“Yandex” iyunda Azərbaycandakı bazar payının 8 %-ni itirib

Bu ilin iyun ayında Azərbaycanda “Google” axtarış sisteminin bazar payı 91,06 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin iyun hesabatına istinadən verdiyi məlumata görə, bu, may ayına nisbətən 0,7 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə 1,45 faiz bəndi azdır.

İkinci pillədəki “Yandex”in bazar payı müvafiq olaraq 0,64 faiz bəndi azalaraq və 1,03 faiz bəndi artaraq 7,17 % olub. Beləliklə ötən ay ərzində adıçəkilən axtarış sisteminin bazar payı 8 % azalıb.

Növbəti yerdə qərarlaşan “Bing”in bazar payı müvafiq olaraq 0,06 faiz bəndi azalaraq və 0,69 faiz bəndi artaraq 1,24 %-ə düşüb.

Dördüncü yerdəki “Yahoo”nun bazar payı əvvəlki aya nisbətən dəyişməz qalaraq, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,07 faiz bəndi azalaraq 0,29 % təşkil edib.

İlk beşliyi qapadan “DuckDuckGo”nun bazar payı müvafiq olaraq 0,01 faiz bəndi və 0,08 faiz bəndi azalaraq 0,17 % olub.