"WhatsApp" istifadəçiləri dəyişikliklər barədə xəbərdar olundu
İKT
- 15 mart, 2021
- 14:06
"WhatsApp" mesenceri yeni istifadə qaydaları və məxfilik siyasətinə dair bildirişlər yayır.
“Report” “Gizchina.com”a istinadən xəbər verir ki, mesencer istifadəçiləri mayın 15-də ya yeni istifadə qaydalarını qəbul etməli, ya da mesencerdən çıxmalıdırlar.
Belə ki, həmin tarix ərəfəsində artıq "WhatsApp"ın əlavəsində yerləşdirilən və açılarkən ekrana çıxan bildirişlər yeni qaydalar izah olunaraq mesencer istifadəçisi qalmaq üçün onları qəbul etmək təklif olunur.
Bununla yanaşı, istifadəçilərin akauntları silinməyəcəyi, amma yeni şərtləri qəbul etməyincə mesencerin bütün funksiyalarından yararlanmayacaqları da bildirilir: “Qısa müddət ərzində zəng və bildirişlər qəbul edə biləcək, amma ismarıc oxuya və ya göndərə bilməyəcəksiniz”.
Son xəbərlər
02:51
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
Digər ölkələr02:16
Türkiyə "S-400"ləri başqa ölkəyə vermək üçün danışıqları davam etdirir
Region01:39
İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib
Region01:21
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yayıb
Xarici siyasət01:12
Foto
Brüsseldə Anım Günü ilə bağlı tədbir keçirilib
Xarici siyasət00:56
UEFA Millətlər Liqasında I turun növbəti oyunları keçirilib
Futbol00:27
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
Hadisə00:11
Salyanda "TIR" avtomobillə toqquşub, 5 nəfər xəsarət alıb
Hadisə00:00