TikTok 2021-ci ildə internetdə ən çox ziyarət edilən resurs oldu
İKT
- 23 dekabr, 2021
- 04:13
TikTok sosial şəbəkəsi 2021-ci ilin ən çox ziyarət edilən internet resursu olub və ötən ilin lideri – “Google” veb-saytını geridə qoyub.
Bu barədə “Report” “The Wall Street Journal”ına istinadən xəbər verir.
Nəşrin məlumatına görə, TikTok bu ilin fevralında reytinqdə lider mövqe tutmağa başlayıb. Avqust ayında xidmətin populyarlığı artıb.
“Cloudflare” şirkəti hesablamaları həm internet saytının istifadəçilərinin ziyarətlərini, həm də sosial şəbəkə proqramından istifadəni nəzərə alıb. Qeyd olunur ki, ötən il “Cloudfare” TikTok-a reytinqdə yalnız yeddinci yeri verib.
Qısa videoları yükləməyə imkan verən Çin sosial şəbəkəsi TikTok 2018-ci ilin ortalarında istifadəyə verilib. O, 2012-ci ildə qurulan “ByteDance”ə məxsusdur.
Son xəbərlər
12:01
İran Avropa ölkələrinin ordularını terror təşkilatlarının siyahısına daxil edib
Region12:01
"Real" və "Barselona" "Bavariya"nın müdafiəçisi ilə danışıqlar aparır
Futbol11:57
Mədəniyyət naziri Omanda Opera və Balet Teatrı kollektivinin təqdimatında "Toska"nı izləyib
Mədəniyyət siyasəti11:50
Yunanıstan, İtaliya və Kipr neft və qaza qayıdır
Digər ölkələr11:30
Dneprə dron hücumu edilib, iki nəfər ölüb
Digər ölkələr11:15
Video
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Hərbi11:02
Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
Fərdi11:00
Ağsuda ağır yol qəzası baş verib, dörd nəfər xəsarət alıb
Hadisə10:55