Samir Məmmədov: "Sumqayıt İnnovasiya Mərkəzinə rəsmi "Apple" statusu veriləcək"

Samir Məmmədov: "Sumqayıt İnnovasiya Mərkəzinə rəsmi "Apple" statusu veriləcək" Sumqayıt İnnovasiya Mərkəzi üçün rəsmi "Apple" statusun təmin edilməsi planlaşdırılır.
İKT
23 Dekabr , 2024 11:39
Samir Məmmədov: Sumqayıt İnnovasiya Mərkəzinə rəsmi Apple statusu veriləcək

Sumqayıt İnnovasiya Mərkəzi üçün rəsmi "Apple" statusun təmin edilməsi planlaşdırılır.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Sumqayıt İnnovasiya Mərkəzinin açılış mərasimində bildirib.

"Sumqayt İnnovasiya Mərkəzinə sadəcə ofis məkanı kimi baxmamalıyıq. Bu mərkəz ölkədə innovasiya mədəniyyətinin formalaşmasına və güclənməsinə dəyər qatan ideyaların yarandığı məkan rolunu oynayır. Mərkəz əhatəli infrastruktur şəbəkəsi ilə startap ekosistemini inkişaf etdirmək və ümumilikdə innovativ təfəkkürü yeni nəsil yetişdirmək məqsədini daşıyır", - o vurğulayıb.

Onun sözlərinə görə, Sumqayıt İnnovasiya Mərkəzində yaxın zamanlarda "Apple" tərəfindən təlimçilərin sertifikatlaşdırılması və daha sonra mərkəzin rəsmi "Apple" statusu təmin edilməsi planlaşdırılır: "Bu, mühüm məsələdir, çünki gənclərin xüsusilə də bu sertifikatlara marağı var və gələcəkdə onların işlə təmin olunması üçün bu sertifikatlaşdırma çox vacibdir".

Son xəbərlər

Orphus sistemi