Samir Məmmədov: "İndiyədək "Rəqəmsal Körpü" sisteminə 70-dən çox dövlət qurumu inteqrasiya edilib"

Samir Məmmədov: "İndiyədək "Rəqəmsal Körpü" sisteminə 70-dən çox dövlət qurumu inteqrasiya edilib" İndiyədək "Rəqəmsal Körpü" sisteminə 70-dən çox dövlət qurumu, 100-dən çox informasiya sistemi buraya inteqrasiya olunub.
İKT
10 Oktyabr , 2024 13:49
Samir Məmmədov: İndiyədək Rəqəmsal Körpü sisteminə 70-dən çox dövlət qurumu inteqrasiya edilib
Samir Məmmədov

İndiyədək "Rəqəmsal Körpü" sisteminə 70-dən çox dövlət qurumu, 100-dən çox informasiya sistemi buraya inteqrasiya olunub.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "PAŞA Holding"in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində deyib.

O bildirib ki, rəqəmsal hökumətin digər mühüm komponenti dövlət qurumları arasında məlumat mübadiləsini gücləndirən "Rəqəmsal Körpü" layihəsidir: "Rəqəmsal transformasiyanı daha da sürətləndirmək üçün bu sistemdə təkmilləşdirmələr həyata keçirilib. Bu cür layihələr davamlı olacaq".

Rəqəmsal sənəd dövriyyəsi məsələsinə toxunan nazir müavini qeyd edib ki, bu, Azərbaycanda sənədsiz idarəetməyə doğru daha bir addımdır: "Biz COP29 ölkəsiyik və davamlı, innovativ təcrübələrə üstünlük veririk. Bu kontekstdə rəqəmsal sənəd dövriyyəsi sistemi sayəsində hər ay 500 min vərəqdən çox kağıza qənaət edilir. Yəni, bu, hər il 2 000 ağac qənaətinə bərabərdir. Biz özəl sektoru da rəqəmsal sənəd dövriyyəsində aktiv iştiraka təşviq edirik".

Son xəbərlər

Orphus sistemi