Saməddin Əsədov: "Azərbaycanda iqlim dəyişmələri fonunda yaranan əsas problem su ilə bağlıdır"

Saməddin Əsədov: "Azərbaycanda iqlim dəyişmələri fonunda yaranan əsas problem su ilə bağlıdır" Azərbaycanda iqlim dəyişmələri fonunda yaranan əsas problem su ilə bağlıdır.
İKT
11 İyun , 2024 10:49
Saməddin Əsədov: Azərbaycanda iqlim dəyişmələri fonunda yaranan əsas problem su ilə bağlıdır

Azərbaycanda iqlim dəyişmələri fonunda yaranan əsas problem su ilə bağlıdır.

“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov bu gün keçirilən “Üfüqlәri aşaraq: Dayanıqlı Kosmos, Dayanıqlı Yer” mövzusuna həsr olunmuş “Space Generation Azerbaijan (SG Azerbaijan)” tədbirində deyib.

"Dünya Resurs İnstitutunun araşdırmasına görə 2040-cı ildə ciddi quraqlıqla üzləşmək ehtimalı olan ölkələr arasında Azərbaycan 18-ci yerdə qərarlaşıb. Sadaladığım səbəblərə görə deyə bilərəm ki, dünyada COP kimi qlobal tədbirin keçirilməsi, o cümlədən bu gün burada təşkil etdiyimiz “Kosmik Nəsil Azərbaycan” tədbiri birtərəfli məsələ deyil", - deyə o qeyd edib.

S. Əsədov vurğulayıb ki, iqlim dəyişikliyi planetar miqyasda baş verdiyi üçün, onunla mübarizədə məhz kosmos əsas vasitələrdən biridir.

"İqlim dəyişikliyi və dayanıqlılıq artıq bütün dövlətlər qarşısında danılmaz reallıqdır. Temperaturun qlobal səviyyədə artması, təbii fəlakətlər, quraqlıq kimi hadisələr çoxalıb. Sürətlə dəyişən iqlim insanlar üçün sağlamlıq problemləri yaradıb. Biz əslində kosmosdan iqlimimiz haqqında çox şey öyrənə bilirik.

Dünya İqtisadi Forumunun məlumatına görə, hazırda müxtəlif qlobal istiləşmə göstəricilərini ölçən 160-dan çox peyk var və əsas iqlim dəyişənlərinin yarısından çoxu yalnız kosmosdan ölçülə bilər".

Son xəbərlər

Orphus sistemi