Rusiya “TikTok”un analoqunu istifadəyə verir

Rusiya “TikTok”un analoqunu istifadəyə verir Rusiyada “TikTok”a bənzər yeni əyləncə proqramı olan “Yappy” istifadəyə verilib.
İKT
210
1 Dekabr , 2021 03:31
Rusiya “TikTok”un analoqunu istifadəyə verir

Rusiyada “TikTok”a bənzər yeni əyləncə proqramı olan “Yappy” istifadəyə verilib.

“Report”un məlumatına görə, bu barədə əyləncə proqramının səhifəsində məlumat verilir.

Qeyd edilir ki, “Yappy” istifadəçilərə qısa şaquli videolar yaratmağa və paylaşmağa imkan verəcək.

“İT yeniliyi sosial şəbəkə bazarının ən son tendensiyalarına cavab verəcək və qısa şaquli videoların dəstəyi ilə UGC video formatında istifadəyə buraxılacaq”, - deyə şirkət bildirib.

Tətbiqin yaradıcısı onu da bildirib ki, “Yappy”nin təqdimatında tanınmış blogerlər Klava Koka, Yeqor Şip, Karina Kross, Miya Boyka və başqaları iştirak ediblər.

Qeyd edək ki, “Qazprom-Media” holdinqi hələ sentyabrda “Yappy” adlı şaquli video məzmun platformasını təqdim edib. Platforma 60 saniyəyə qədər qısa şaquli videoların yaradılması, paylaşılması və onlara baxmaq üçün mobil proqramdır. “TikTok” sosial şəbəkəsi də eyni formatda işləyir.

“Yappy” diqqətini məzmun yaradıcılarına yönəldib. Onlar üçün test versiyasında video ilə işləmək üçün funksionallıq mövcud idi: video redaktoru, montaj zamanı müxtəlif effektlər əlavə etmək imkanı.

Son xəbərlər

Orphus sistemi