"PostEurop" Baş Assambleyasını gələn il Azərbaycanda keçirilməsini təklif edib
İKT
- 17 sentyabr, 2025
- 19:21
Avropa Poçtunun ("PostEurop") Baş Assambleyasının gələn il Azərbaycanda keçirilməsi təklif olunub.
"Report" xəbər verir ki, bu təklif rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədovun Ümumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci Konqresi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "PostEurop"un Baş katibi Botond Szebeni və İdarə Heyətinin sədri Elena Fernandez-Rodriguez ilə görüşü zamanı səsləndirilib.
Görüşdə Azərbaycanın ÜPİ-nin Poçt Əməliyyatları Şurası və Administrativ Şuraya namizədliyinə dəstək ifadə olunub, poçt sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Həmçinin poçt rabitəsi xidmətlərində innovativ yanaşmalar və rəqəmsallaşmanın tətbiqi imkanları müzakirə edilib.
Son xəbərlər
15:11
Azərbaycanın U-17 millisi Gürcüstana böyük hesabla uduzub
Futbol15:09
Video
İslamabadda məsciddə terror aktı nəticəsində ən azı 31 nəfər ölüb - YENİLƏNİB-4
Digər ölkələr15:08
Macarıstan XİN: Əgər hər şey Trampdan asılı olsaydı, Ukraynada sülh olardı
Digər ölkələr15:01
Azərbaycan Milli Olimpiya Komitəsi BOK-a etirazını bildirib
Fərdi15:01
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı: PUA-ların effektivliyi 33 faiz artıb
Digər ölkələr14:56
Fransa Qrenlandiyada baş konsulluq açıb
Digər ölkələr14:53
General Aleksandr Sırski: Ukraynanın ordu birləşmələri əks-hücum əməliyyatlarına başlayıb
Digər ölkələr14:43
Şura: "İdrak" liseyindəki insidentlə bağlı jurnalistlərin şagirddən açıqlama alma üsulları yolverilməzdir
Media14:39