Ötən il Qarabağda “AzStateNet” şəbəkəsi üzrə 130 km-dən çox fiber-optik kabel çəkilib

Ötən il Qarabağda “AzStateNet” şəbəkəsi üzrə 130 km-dən çox fiber-optik kabel çəkilib 2023-cü il dövlət qurumlarına etibarlı və dayanıqlı məlumat mübadiləsi üçün qurulmuş “AzStateNet” şəbəkəsinin genişləndirilməsi məqsədilə ölkə üzrə ümümilikdə 550 km-ə yaxın fiber-optik kabel çəkilib.
İKT
5 Fevral , 2024 10:34
Ötən il Qarabağda “AzStateNet” şəbəkəsi üzrə 130 km-dən çox fiber-optik kabel çəkilib

Ötən il Azərbaycanın dövlət qurumlarına etibarlı və dayanıqlı məlumat mübadiləsi üçün qurulmuş “AzStateNet” şəbəkəsinin genişləndirilməsi məqsədilə ölkə üzrə ümumilikdə 550 km-ə yaxın fiber-optik kabel çəkilib.

“Report” xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Bildirilir ki, regionlar üzrə istifadəyə verilmiş 300 km-ə yaxın optik kabelin 130 km-dən çoxu yalnız Qarabağ regionunda çəkilib.

Bakı şəhəri və Abşeron yarımadasında isə “AzStateNet” şəbəkəsi üzrə əlavə 250 km-ə yaxın fiber-optik kabelin çəkilişi həyata keçirilib.

Xatırladaq ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən qurulan “AzStateNet” şəbəkəsi üzərindən dövlət qurumlarına xüsusi təyinatlı rabitə xidmətləri ilə yanaşı telekommunikasiya kanallarının ayrılması, İnternet, Data və digər xidmətlər də göstərilir.

Son xəbərlər

Orphus sistemi