Anar Quliyev: "Dövlət qurumlarının şəbəkələrinə yönəlmiş 200 milyona yaxın zərərverici bloklanıb"

Anar Quliyev: "Dövlət qurumlarının şəbəkələrinə yönəlmiş 200 milyona yaxın zərərverici bloklanıb" Azərbaycan dövlət qurumlarının şəbəkələrinin təhlükəsizliyinə dair görülən tədbirləri çərçivəsində 193 milyondan çox zərərverici təhlükəsizlik divarları vasitəsilə, 3 milyondan çoxu isə mərkəzləşdirilmiş antivirus sistemi vasitəsilə, 35 mindən çox zərərve
İKT
17 İyun , 2022 11:43
Anar Quliyev:  Dövlət qurumlarının şəbəkələrinə yönəlmiş 200 milyona yaxın zərərverici bloklanıb
Anar Quliyev

Azərbaycan dövlət qurumlarının şəbəkələrinin təhlükəsizliyinə dair görülən tədbirləri çərçivəsində 193 milyondan çox zərərverici təhlükəsizlik divarları vasitəsilə, 3 milyondan çoxu isə mərkəzləşdirilmiş antivirus sistemi vasitəsilə, 35 mindən çox zərərverici tərkibli sənəd "Sandbox" sistemi vasitəsilə, 744 xüsusi indikator xüsusi hədəflənmiş hücumların içərisəndən çıxarılaraq bloklanıb.

“Report” xəbər verir ki, bunu "Fintex Sammmit" Maliyyə və Texnologiya sərgisində çıxış edən Azərbaycan Mərkəzi Bankının İnformasiya texnologiyaları departamentinin direktoru Anar Quliyev bildirib.

Onun sözlərinə görə, kibertəhlükələrin başında duran səbəblərdən biri pirat proqramlardan istifadədir: "Bir çox müəssisələrdə pirat əməliyyat sistemlərinin, proqram təminatlarının istifadəsini müşahidə edirik. Ən çox istifadə olunan mənbələr Rusiya və İran mənşəli saytlardan yükləmələrdir. Belə məhsullar 80-90 % zərərvericilərlə zənginləşmiş olur”.

Müxtəlif kiberhücumlardan danışan A.Quliyev onlara nümunələr də göstərib:

“Bu kiberhücumlar zamanı saxta domenlərdən istifadə müşahidə olunur. Məsələn, gov.az.info kimi dövlət saytlarına bənzər adlardan istifadə olunur. Həmçinin “Azərpoçt”un adından daşınma xidməti kimi təqdim olunduğu fişinqlər də çox yayılıb.

Mesajlaşma proqramları üzərindən həyata keçirilən fişing kampaniyalardan da çox istifadə olunur. Bu zaman bankların adından istifadə olunaraq saxta hədiyyə kampaniyaları təqdim olunur. Həmçinin bank kartlarının ələ keçirilməsi üçün çoxsaylı dələduzluq hadisələri ilə rastlaşırıq. Xəbər saytlarının, dövlət qurumlarının adından yayımlanan saxta reklam videoları da bu qəbildəndir.

Bundan başqa, şantaj xarakterli dələduzluq faktları da var. Məlumatlarınızı ələ keçirdiklərini iddia edən belə şəxslər bunun müqabilində tələblər irəli sürürlər.

44 günlük Vətən müharibəsi günlərində də biz dezinformasiya xarakterli kibertəhlükə ilə üzləşmişdik. Şəhid olanların saxta siyahısı dərc olunmuşdu”.

A.Quliyev bütün bu halların səbəbini insanların öz kibergigiyenalarına laqeyd münasibətində görür.

Son xəbərlər

Orphus sistemi