Keçmiş nazir: "Vəzifədən azad edilmiş məmurları məsləhətçi kimi dəvət etmək lazımdır"

Keçmiş nazir: "Vəzifədən azad edilmiş məmurları məsləhətçi kimi dəvət etmək lazımdır" Cəmiyyətimizdə formalaşmış fikir var ki, kimsə vəzifədən çıxdı ondan uzaqlaşırlar.
İKT
21 İyun , 2022 18:06
Keçmiş nazir: Vəzifədən azad edilmiş məmurları məsləhətçi kimi dəvət etmək lazımdır

"Vəzifədən azad edilmiş məmurları məsləhətçi kimi dəvət etmək lazımdır".

Bunu “Report”a müsahibəsində sabiq rabitə və informasiya texnologiyaları naziri, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov deyib.

Ə.Abbasov vurğulayıb ki, cəmiyyətimizdə formalaşmış fikir var ki, kimsə vəzifədən çıxdı ondan uzaqlaşırlar:

"Yəqin düşünürlər ki, nə edə bilmisənsə hamısı göz qabağındadır. Bundan sonra da biz edəcəyik. Bu baxımdan qurumlarda olan insanlar da bəzən elə düşünür. Amma işdən çıxanların və həmçinin yaşlıların da fikrini öyrənmək, onlardan məsləhətçi kimi yararlanmaq olar. Məsləhəti dinləyib öyrənmək olar. Sonda isə qərar qəbul edən şəxs son qərarı özü verir.

Lakin mənə münasibət normal olub. Vəzifədən azad edildikdən sonra, 2017-ci ildə AMEA-ya müşavir kimi gəldim və gördüyünüz kimi indi də İdarəetmə Sistemləri İnstitutunda işlərimi davam etdirirəm”.

Müsahibəni tam formada buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi