Müasir dövrdə KOB-ların ən çox üzləşdiyi problemlərdən biri rəqəmsallaşma ilə bağlı doğru təchizatçıların seçilməsidir.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müavini Rəşad Xalıqov bildirib.
Onun sözlərinə görə, KOB-ların rəqəmsallaşma proqramı onlara xərclərin idarə edilməsinə, optimallaşdırılmasına dəstək olacaq: "Proqram çərçivəsində rəqəmsallaşmaya dair yol xəritəsi üzrə KOB-lara bu istiqamətdə təlim və seminarlar təklif olunacaq. Bu isə KOB-lara rəqəmsallaşma prosesini daha rahat şəkildə keçməyə yardım göstərəcək. Proqramın ən mühüm məqamlarından biri isə KOB-lara rəqəmsal indeks üzrə maliyyə dəstəyinin göstərilməsi olacaq".