Yaxın vaxtlarda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 10 xidməti elektronlaşdıraraq vətəndaşların istifadəsinə verməyi planlaşdırılır.
"Report" xəbər verir ki, bunu Agentliyin Baş məhsul meneceri Fəridə Fərəcova bildirib.
Onun sözlərinə görə, xidmətlərin hər biri spesifik mövzu ilə əlaqədardır.
"Məsələn, hazırda elektrik enerjisi, təbii qaz və su-kanalizasiya xidmətlərinin abunəçiləri fərdi kodlarını "mygov" vasitəsi ilə dəyişə bilir. Bunun üçün bəzi spesifik məlumatlar lazım olur. Əlavə olaraq kommunal qurumların başqa xidmətlərinin də rəqəmsallaşdırılması planlaşdırılır. Bu il nəzərdə tutulan əsas yeniliklərdən biri odur ki, məlumatların, xüsəsən də sərfiyyatın detallı tarixçəsini heç yerə yaxınlaşmadan "mygov" üzərindən əldə etmək mümkün olsun", - deyə agentlik rəsmisi əlavə edib.