"Hexagon": Azərbaycanda yağmur meşələrinin qorunması layihəsi tətbiq oluna bilər

"Hexagon": Azərbaycanda yağmur meşələrinin qorunması layihəsi tətbiq oluna bilər Karib hövzəsində həyata keçirilən yağmur meşələrinin qorunması layihəsi Azərbaycanda da ekoloji davamlılıq baxımından tətbiq oluna bilər.
İKT
24 aprel 2025 12:28
Hexagon: Azərbaycanda yağmur meşələrinin qorunması layihəsi tətbiq oluna bilər

Karib hövzəsində həyata keçirilən yağmur meşələrinin qorunması layihəsi Azərbaycanda da ekoloji davamlılıq baxımından tətbiq oluna bilər.

“Report” xəbər verir ki, bunu "Hexagon" şirkətinin Cənubi Qafqaz üzrə nümayəndəsi Aleksandr Tasev Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) bildirib.

Onun sözlərinə görə, texnologiya və innovasiya vasitəsilə meşə və təbii ərazilərin kommersiya məqsədilə məhv edilməsinin qarşısını almaq mümkündür: “Biz elə bir model təklif edirik ki, meşə sahibləri həmin əraziləri satmaq əvəzinə qorumaqda maraqlı olsunlar. Rəqəmsal qiymətləndirmə və CO2 sertifikatları vasitəsilə meşəyə satmaq üçün yox, saxlamaq üçün dəyər qoyuruq. Bu modeli Azərbaycanda da tətbiq etmək mümkündür".

Qonaq qeyd edib ki, layihənin əsas məqsədi yağmur meşələrinin satılmasının qarşısını almaq və bu sahələri qorumaq üçün beynəlxalq şirkətlərin almalı olduğu karbon emissiyası sertifikatları ilə maliyyələşmə yaratmaqdır: "Layihə çərçivəsində meşələr rəqəmsal qiymətləndirilir, bu dəyər beynəlxalq sertifikatlaşdırmadan keçir və sonra CO2 emissiyası tənzimləmələri çərçivəsində bu sertifikatlar dünya üzrə şirkətlərə satılır".

O, əlavə edib ki, "Hexagon" şirkəti 40 ildən artıq təcrübəyə malikdir, "Intergraph Computer Systems"in varisi kimi ABŞ-nin mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyinin (NASA) ilk "Apollo" missiyasında və peyk görüntülərinin emalı sahəsində fəaliyyət göstərib.

Son xəbərlər

Orphus sistemi