Fariz Cəfərov: "Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyanın icrasına 2025-ci ildə başlanılacaq"

Fariz Cəfərov: "Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyanın icrasına 2025-ci ildə başlanılacaq" Azərbaycanda Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyanın 2025-ci ildə təsdiqlənərək icrasına başlanması planlaşdırılır.
İKT
9 Oktyabr , 2024 13:10
Fariz Cəfərov: Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyanın icrasına 2025-ci ildə başlanılacaq
Fariz Cəfərov

Azərbaycanda Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyanın 2025-ci ildə təsdiqlənərək icrasına başlanması planlaşdırılır.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, sənəd artıq hazırdır və hökumətə təqdim edilmək üzdədir.

"Strategiyada vətəndaş, cəmiyyət və biznes sektorunu əhatə edən 51 təşəbbüs nəzərdə tutulur. Bunların içərisində "Rəqəmsal Əkiz", "Generativ Süni Intellekt Sistemi"nin əsasında Azərbaycan dil korpusunun qurulması nəzərdə tutulur", - deyə o qeyd edib.

F. Cəfərov hesab edir ki, rəqəmsal iqtisadiyyat üçün ehtiyac duyulan insan kapitalının hazırlanması və təkmilləşdirilməsi, innovasiyaların təşviqi və milli iqtisadiyyatda IV Sənaye İnqilabı texnologiyalarının, o cümlədən süni intellekt həllərinin tətbiqi imkanlarının genişləndirilməsi, idarəetmədə əməliyyat səmərəliliyinin daha da artırılması və rəqəmsal məhsullara əlçatanlığın asanlaşdırılması üçün zəruri imkanlar yaradılacaq.

Strategiyanın icrası çərçivəsində rəqəmsal iqtisadiyyat ekosisteminin vəziyyətinin dəyərləndirilməsi və davamlı inkişaf etdirilməsi məqsədilə araşdırma və təhlillər aparılacaq, bizneslərin rəqəmsallaşması və yeni bizneslərin formalaşması üçün əlverişli mühit yaradılacaq. Eyni zamanda, mövcud bizneslərin rəqəmsal transformasiya prosesinə dəstək göstəriləcək və rəqəmsal iqtisadiyyat sahəsində data əsaslı qərarvermə mühiti formalaşdırılacaq

Son xəbərlər

Orphus sistemi